Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Balakən Tütün İstehsalı Emalı Məntəqəsində olub.
03 avqust 2018 | 16:00
"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə və rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev yeni yaradılmış Balakən Tütün İstehsalı Emalı Məntəqəsində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olub.
Yeni qurulan 60 tütünqurutma kameralarından 30-u tam istifadəyə verilib və digər 30-da tamamlama işləri aparılır. İşlərin daha da keyfiyyətli və məhsuldar aparılması üçün tövsiyə və tapşırıqlar verilib.
Qurumun baş direktoru həmçinin fermer Vaqif İbrahimovun əkin sahəsində olub və yerli fermerlərlə görüşüb. Baş direktor yerli fermerlərin problemlərini dinləyərək məsələlərin həllinə dair aidiyyəti şəxslərə tapşırıq və tövsiyyələrini verib.