Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda qanvermə aksiyası keçirilib.

07 avqust 2018 | 16:00

   Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsində hazırlanmış qrafikə əsasən Elmi Tədqiqat Hematologiya və Transfuzologiya İnstitutu tərəfindən 07 avqust 2018-ci il tarixdə Balakən rayon mərkəzi xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. Bu xoşməramlı missiyanın keçirilməsinə əsas səbəb qan xəstəliklərindən (hemofiliya, talassemiya və leykemiya) əziyyət çəkən uşaq və yeniyetmələrə dəstək olmaq, onların qana olan ehtiyaclarını qismən də olsa qarşılamaqdır. Rayon sakinləri Balakəndə artıq xeyirxah bir ənənə halını almış qanvermə aksiyasında iştirak edərək könüllü halda qan veriblər.

Keçidlər