Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda növbəti səyyar qəbul Xalatala kəndində keçirilib.

09 avqust 2018 | 16:00

   Balakən rayonunda əhalinin problemlərinin həlli məqsədilə mütəmadi olaraq səyyar görüşlər keçirilir, ardıcıl tədbirlər görülür. Növbəti belə səyyar qəbul-görüş rayonun Xalatala kəndində keçirilib. Görüşdə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

   Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev rayonunun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, son illər Xalatala kəndində yeni məktəb binası inşa olunub, asfalt yol çəkilib və artezian quyuları qazılıb.

   Səyyar qəbulda kənd sakinləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, kənddə görülmüş işlərə görə razılıqlarını ifadə edib, əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıblar. Kənddə suvarma suyu ilə təminatın yaxşılaşdırılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə və qaz təzyiqinin artırılmasına ehtiyac olduğu diqqətə çatdırılıb.

   Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

   Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər