Balakən rayonunda Bilik Fondunun təşkilatçılığı ilə tədbir keçirilib.
Azərbaycan Respublikasında 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Przeidentinin 10 yanvar 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Balakən rayon İcra Hakimiyyətinin dəstəyi ilə 21 avqustda Balakən Mərkəzi Kitabxanalar Sistemində milli-mənəvi və mədəni dəyərlərin təbliği istiqamətində maarifləndirici tədbir keçirilmişdir.
Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində müəyyənləşdirdiyi siyasətin hal-hazırda ölkəmizdə uğurla davam etdirildiyini faktlarla dinləyicilərə çatdırıb. Tədbirdə bu bölgənin, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tarixi barədə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin mühazirəsi dinlənilib.
Tədbirdə Azərbaycan Xalq Cumhuriyyətinin tarixinə, qurucularının adlarının əbədiləşdirilməsinə dair dövlətimizin başçısının imzaladığı sənədlərin mahiyyəti geniş şərh olunub, dinləyicilərin sualları cavablandırılıb.