Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda “Cümhuriyyət Düşərgəsi” təşkil olunub.

04 sentyabr 2018 | 16:00

28-30 avqust 2018-ci il tarixlərində Azərbaycan Skautlar Assossiasiyasının təşkilatçılığı, Balakən rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə Balakən rayonunda “Cümhuriyyət Düşərgəsi ” adlı skaut düşərgəsi təşkil olunub. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan düşərgədə Bakı, Mingəçevir, Gəncə, Lənkəran şəhərlərindən, Quba, Qax, Biləsuvar və Balakən rayonlarından 48 skaut iştirak edib. Məntiqi və əyləncəli oyunlar, Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş mühazirə, Şifrələnmiş xəbərləşmələr, Sıra hazırlığı və mahnılar və s təlimlərin keçirildiyi düşərgənin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, vətənpərvərlik hisslərinin yüksəldilməsi, yeniyetmə və gənclərr arasında dostluq əlaqələrinin gücləndirilməsi, skaut hərəkatının regionlarda inkişafı olub. Üç gün davam edən düşərgədə təbiətdə texniki iz işarələri, astronomiya, karyera və peşə hazırlığı təlimi, intellektual oyunlar, idman oyunları, tarixi abidələrə ekskursiya və əyləncəli oyunlar keçirilib.

Keçidlər