Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Talalar kəndində keçirildi.

14 sentyabr 2018 | 16:00

   13 sentyabr 2018-ci il tarixdə Balakən rayon İcra Hakimiyyəti başçısının Talalar kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.

   Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.

   Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev respublikamızın və Balakən rayonun bu günkü hərtərəfli inkişafı barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, “Regionların Sosial İqtisadi inkişafı Dövlət proqramının” icrası ilə əlaqədar görülən işlər nəticəsində rayonda, eləcədə Talalar kəndində abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Talalar kəndində iki məktəb binası inşa olunub,bu gün kənd təbii qazla təmin olunur, kəndin mərkəzi yoluna asfalt örtük vurulub.

   İslam Rzayev vurğuladı ki, Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin. Xüsusilə rayonumuzda aqrar sahənin inkişafının nəticəsidir ki, kəndlərimizdə əhalinin məşğulluğu təmin edilib, insanlarımız həyat şəraitlərini daha da yaxşılaşıb. Son illər baramaçılıqda və tütünçülükdə qazandığımız uğurlarda Talalar camaatının da payı vardır.Görülən bu işlərin nəticəsidir ki, bu gün əhalimizin rahat və firavan yaşayışı təmin olunub.

   Görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Talalar kənd əhalisini narahat edən problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi. Tədbirdə kənd sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər