Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhrəmanlıq simvoluna çevrilmiş Mübariz İbrahimovun doğum günü qeyd olunmuşdur

09 fevral 2013 | 16:00

 

07 fevral 2013-cü il tarixdə Nəsimi adına şəhər 2 saylı tam orta məktəbdə  Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə “Qəhrəmanlıq zirvəsi” mövzusunda ədəbi bədii gecə keçirilmışdir.Tədbiri məktəbin dil-ədəbiyyat müəllimi Ayişə Alqayeva açaraq Mübariz İbrahimovun həyatı, keçdiyi şərəfli ömür yolu haqqında geniş məlumat vermişdir. Əvvəlcə dövlətimizin himni səsləndi, sonra şagirdlər tərəfindən Mübariz İbrahimova həsr olunmuş şeirlər, mahnılar, səhnəciklər tədbirin idea məzmununa uyğunlaşdırılmışdır.
Mübariz İbrahimovun tədbirin keçirildiyi iclas  zalına portreti önünə şagirdlər tərəfindən gül-çiçək dəstələri qoyulmuşdur.
Şagirdlər qəhrəmanlıq simvoluna çevrilmiş Mübariz İbrahimovun həyat yolunun onlar üçün örnək olacağına, onun kimi vətən sevəcəklərinə bayrağı öpərək and içmişlər.
           Şagirdlərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində böyük əhəmiyyəti olan tədbirdə məktəbin dil -ədəbiyyat müəllimi Meysərat Umarovanın Mübariz İbrahimova həsr etdiyi şeir, Milli Qəhrəmanın ailəsinə yazdığı məktubdan sətirlər oxunmuş, ən yaxşı   inşa yazan şagirdlər məktəb tərəfindən mükafatlandırılmışdır.
    
                            

Keçidlər