Yeni Şərif kəndində növbəti səyyar qəbul keçirilib.
20 sentyabr 2018-ci il tarixdə Balakən rayon İcra Hakimiyyətinin başçısı Yeni Şərif kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak edib.
Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev respublikamızın və Balakən rayonun bu günkü hərtərəfli inkişafından bəhs edib. Qeyd edib ki, “Regionların Sosial İqtisadi inkişafı Dövlət proqramının” icrası ilə əlaqədar görülən işlər nəticəsində rayonda, eləcə də Yeni Şərif kəndində abadlıq və quruculuq işləri həyata keçirilib. Bu gün kənd təbii qazla təmin olunub və yeni işıq transformatoru quraşdırılıb.
İslam Rzayev vurğulayıb ki, rayonda kənd təsərrüfatı sürətlə inkişaf edir, özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Yeni Şərif kənd əhalisini narahat edən problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi. Tədbirdə kənd sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.