Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Şambul kəndində keçirilib.

04 oktyabr 2018 | 16:00

   04 oktyabr 2018-ci il tarixdə Balakən rayon İcra Hakimiyyətinin başçısı Şambul kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak edib.

   Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev respublikamızın və Balakən rayonun bu günkü hərtərəfli inkişafından bəhs edib. Qeyd edib ki, son illər rayonda, eləcə də Şambul kəndində abadlıq və quruculuq işləri geniş vüsət alıb. Şambul kənd tam orta məktəbin və uşaq bağçası-körpələr evinin yeni binası inşa olunub, kənd ərazisindən keçən Mazımçayda məcratəmizləmə işləri aparılıb, bələdiyyə tərəfindən 5,4 km məsafədə kənddaxili yollar təmir edilib, 1,2 km məsafədə kanallar təmizlənib, əlavə olaraq 680 m məsafədə yeni kanallar qazılıb.

   Görüş zamanı rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Şambul kənd əhalisini narahat edən problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.

   Tədbirdə kənd sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər