Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda Dövlət Müstəqilliyi Günü qeyd olunub.

18 oktyabr 2018 | 16:00

   Balakən rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci il dönümü təntənəli surətdə qeyd edilib.

   Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə əvvəlcə iştirakçılar foyedə yaradılmış kitab sərgisi ilə tanış olublar.

   Tədbir boyu qonaqlar rayon mədəniyyət işçiləri tərəfindən vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnıları dinləyib, mövzu ilə bağlı video çarx izləyiblər.

 

Keçidlər