Şriftin ölçüsü :

Saytın rəngi :

Qaysa kəndində növbəti səyyar qəbul keçirilib.

18 oktyabr 2018 | 16:00

   18 oktyabr 2018-ci il tarixdə Balakən rayon İcra Hakimiyyətinin başçısı Qaysa kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak edib.

   Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev respublikamızın və Balakən rayonun bu günkü hərtərəfli inkişafından bəhs edib. Qeyd edib ki, son illər rayonda, eləcə də Qaysa kəndində abadlıq və quruculuq işləri geniş vüsət alıb. Qaysa kənd tam orta məktəbin və uşaq bağçası-körpələr evinin yeni binası inşa olunub, bələdiyyə tərəfindən 8 km məsafədə kənddaxili yollar təmir edilib, 1,5 km məsafədə kanallar təmizlənməsi nəzərdə tutulub.

   Görüş zamanı rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Qaysa kənd əhalisini narahat edən problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.

   Tədbirdə kənd sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər