Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Qazma kəndində keçirilib.

25 oktyabr 2018 | 16:00

   25 oktyabr 2018-ci il tarixdə Balakən rayon İcra Hakimiyyətinin başçısı Qazma kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak edib.

   Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev respublikamızın və Balakən rayonun bu günkü hərtərəfli inkişafından bəhs edib. Qeyd edib ki, son illər rayonda, eləcə də Qazma kəndində abadlıq və quruculuq işləri geniş vüsət alıb. Qazma kənd 2 saylı kənd tam orta məktəbi üçün yeni bina inşa olunub, 2 saylı kənd uşaq bağçası-körpələr evi əsaslı təmir olunub. Qazma bələdiyyəsi tərəfindən 2,5 km məsafədə kənddaxili yollar təmir edilib.

   Həmçinin kəndin Cillik və Bedağar yaşayış məntəqələri ərazisində elektrik dayaqları dəyişdirilib və SİP kabelləşmə aparılıb, Şambulbinə ərazisində Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 1 ədəd artezian quyusu qazılaraq istifadəyə verilib.

   Görüş zamanı rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Qaysa kənd əhalisini narahat edən problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.

   Tədbirdə kənd sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər