Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Mahamalar kəndində keçirilib.

02 noyabr 2018 | 16:00

   01 noyabr 2018-ci il tarixdə Balakən rayon İcra Hakimiyyətinin başçısı Mahamalar kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak edib.

   Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev respublikamızın və Balakən rayonun bu günkü hərtərəfli inkişafından bəhs edib. Qeyd edib ki, son illər rayonda, eləcə də Mahamalar kəndində abadlıq və quruculuq işləri geniş vüsət alıb. Vurğulanıb ki, Mahamalar kənd tam, Qaracabinə kənd ümumi orta məktəbləri üçün yeni bina inşa olunub, bələdiyyə tərəfindən 3,7 km məsafədə kənddaxili yollar təmir edilib, 2 su keçidi yenilənib, 2 km məsafədə kanallar təmizlənib, 100 metr məsafədə yeni su xətti çəkilib. Suvarma idarəsi tərəfindən Mahamalar kəndi ərazisindən keçən Balakən çay hövzəsində məcratəmizləmə və sahilbərkitmə işləri aparılıb, eyni zamanda Qazbinə kəndi ərazisində kanallar təmizlənib. Kənd ərazisində qəzalı elektrik dayaqları dəyişdirilib.

   Həmçini Şambulbinə yaşayış məntəqəsində 1 ədəd artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Qaracabinə yaşayış məntəqəsində isə kənddaxili dövlət yolu asfaltlaşdırılıb.

   Görüş zamanı kənd sakinləri bir sıra məsələlərlə bağlı, o cümlədən Salban yaşayış məntəqəsinin telefonlaşdırılması, içməli su xəttinin bərpası, Balakən çayında qoruyucu beton bəndin tikilməsi və s. məsələlər ilə bağlı müraciətlər ediblər.

   Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev əhalini narahat edən məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verib.

Keçidlər