Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə rayonunda 12 noyabr-Konstitusiya Günü qeyd edilib.

12 noyabr 2018 | 16:00

   Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binasında milli Konstitusiyamızın qəbul edilməsinin növbəti ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə Balakən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azad Balayev açaraq rayon ictimaiyyəti nümayəndələrini Konstitusiya günü münasibətilə təbrik edib. Azad Balayev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası mühüm tarixi mərhələlərdən keçib. Müstəqil Azərbaycanın Konstitusiyası isə dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlərindən danışan natiq bildirib ki, Azərbaycan xalqının strateji seçimi olan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində respublikada bütün sahələrdə köklü islahatlar aparılıb.

   Natiq ulu öndərin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Konstitusiyamızın daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdikləri mühüm işləri xatırladaraq bildirib ki, 24 avqust 2002-ci il, 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il tarixlərdə qəbul olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktlarına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilib. Bu əlavə və dəyişikliklər ölkəmizin daha da inkişaf etməsinə xidmət edib.

   A.Balayev məlumat verib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Şəki, Qax, Zaqatala və Balakən rayonlarının orta məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən, 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” mövzusunda hüquq olimpiadasında Balakən məktəbliləri zonada 1-ci yerin qalibi adını qazanıblar. Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsinin keçirdiyi hüquq olimpiadaları tarixində ilk dəfə olaraq iştirakçılardan biri – Balakən rayonu humanitar və texniki təmayüllü liseyin şagirdi Nihat Şindiyev bütün sualları doğru cavablandıraraq 100 bal toplamağa müvəffəq olub.

   Balakən rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Pirdas Qardaşova məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır. İnsan şəxsiyyətinin toxunulmazlığı, layiqli həyat səviyyəsinin təmini, hümanizm və insanpərvərlik prinsipləri Əsas Qanunumuzun başlıca mahiyyətini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan və vətəndaşın hüquq və azadlıqlarının prinsipi dövlət hakimiyyətinin bütün sahələrinə ünvanlanaraq onları bu hüquqlarla əlaqələndirir və onlar üçün müəyyən vəzifələr yaradır.

   Daha sonra humanitar və texniki təmayüllü liseyin tarix müəllimi Aygün Hacıyeva, həmin liseyin şagirdi Nihat Şindiyev, YAP Balakən rayon təşkilatı gənclər birliyinin sədri Sərxan Hacıyev və rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev 12 noyabr –Konstitusiya Günü ilə əlaqədar çıxış ediblər.

Keçidlər