Balakəndə Novruz şənlikləri qeyd olunur
Ölkəmizin hər yerində olduğu kimi Balakəndə də Novruz bayramı yüksək səviyyədə qeyd olunmuşdur.
Su və od çərşənbələri rayonun bütün sakinləri tərəfindən sevgi və coşğu ilə qeyd olunmuşdur.
Mart ayının 12-də isə 3-cü –yel çərşənbəsi rayonun Qabaqçöl qəsəbəsində -Ulu öndər Heydər Əliyevin büstü önündəki meydanda maraqlı proqramlarla qeyd olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Bahar qızı tərəfindən baharı tərənnüm etdirən şirniyyat xonçası ilə qarşılanmışdır.
Çatılmış tonqalı yandırmağı rayon rəhbəri Balakən yazarı Ramazan Xutraya həvalə etdi.
Rayon rəhbəri və onu müşayiət edənlər bayram süfrəsi arxasında əyləşən kollektiv üzvlərini təbrik etdikdən sonra bayram süfrəsinə əyləşmişdilər.
Bayram iştirakçılarını təbrik etmək üçün söz rayon rəhbəri İslam Rzayevə verilmişdir.
Rayon rəhbərinin çıxışından:
-Hər birinizi xalqımızın ən əziz bayramı –Novruz bayramı münasibəti ilə təbrik edir, Sizə Bahar təravəti, Bahar sevinci, xoşbəxtlik arzu edirəm. Qoy bu Bahar bayramında ürəyinizdə xalqımızın xoş gələcəyi, ölkəmizdə əmin-amanlıq, Qarabağ probleminin sülh yolu ilə həll olunması barədə tutduğunuz arzular həyata keçsin. Bu gün bütün balakənlilər kimi Qabaqçöllülər də ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısını hiss edir. Odur ki, onun yeritdiyi siyasət balakənlilər tərəfindən daim dəstəklənir və bundan sonra da dəstəklənəcəkdir.
Bir daha Bahar bayramınız mübarək olsun.
Sonra şair Xutra Ramazan Bahar bayramına həsr etdiyi “Konlüm bahar,eşqim bahar”şeirini oxumuşdur.
Hər kəsdə ruh yüksəkliyi, xoş ovqat yaradan bayram tədbiri rəngarəng musiqi ilə davam etmişdir.
Hal-hazırda Novruz tədbirləri davam edir.
Təki Bahar bayramı xalqımıza Bahar sevinci gətirsin.