Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Püştətala kəndində keçirilib.

15 noyabr 2018 | 16:00

   15 noyabr 2018-ci il tarixdə Balakən rayon İcra Hakimiyyətinin başçısı Püştətala kəndində növbəti səyyar qəbul keçirib.

   Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev respublikada, o cümlədən Balakən rayonunda həyata keçirilən layihələrdən, abadlıq və quruculuq işlərindən bəhs edib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə Azərbaycanda aparılan islahatlar daha da dərinləşib və mahiyyətcə yeni xarakter kəsb edib. İqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Aparılan islahatlar nəticəsində vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, bu sahədə şəffaflığın təmin olunmasına və müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının və xərclərin minimuma endirilməsinə nail olunub.

   Hazırda ölkəmizdə aqrar islahatlar müxtəlif mərhələlər üzrə paralel aparılır. İlk növbədə kiçik və orta fermer təsərrüfatlarının inkişafına qayğı göstərilir. Təsadüfi deyil ki, dövlət tərəfindən ayrılan güzəştli kreditlərin 80 faizindən çoxu regionlarda çalışan sahibkarlara, xüsusən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilir. Bu gün güzəştli kreditlərdən istifadə edən kəndli təsərrüfatını genişləndirərək daha çox məhsul istehsal etməyə imkan qazanıb.

   Bu gün dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. 12 noyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda ASAN Xidmətin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışını etdi. Elektron Hökumətin İnkişafı Mərkəzinin yaradılmasında əsas məqsəd vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaqdan ibarətdir.

   İslam Rzayev qeyd edib ki, ölkəmizdə reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları bölgələrin iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olub, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyənləşdirilən məqsədlərə çatmasına əhəmiyyətli töhfəsini verib. Cari ildə rayon ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilir.Rayon ərazisində su xətləri yenilənir, magistral yollarda və rayon daxili küçələrdə asfaltlanma işləri aparılır.

   Rayon rəhbəri diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır.

   Qəbulda iştirak edən vətəndaşların müraciətlərini tək-tək dinləyən icra başçısı qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti tapşırıqlarını verib.

Keçidlər