Balakəndə 17 Noyabr-Milli Dirçəliş Günü qeyd olunub.
Noyabrın 17-də Balakən rayon İcra Hakimiyyətində Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Balakən rayon İcra Hakimiyyəti başçıs İslam Rzayev 1988-ci il noyabrın 17-də Ermənistanın torpaq iddiaları, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarına dolayısı ilə dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda xalqın etiraz aksiyalarının ümummilli mitinqlərlə nəticələndiyini bildirib.
Tədbirdə məruzə ilə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Rəşir Musayev qeyd edib ki, əslində Azərbaycanda dirçəliş hərəkatı ötən əsrin 80-ci illərindən deyil, Heydər Əliyevin Azərbaycanda birinci hakimiyyəti dönəmində başlanıb. Bütün çətinliklərə baxmayaraq məhz Ulu Öndərin apardığı məqsədyönlü, uzaqgörən siyasət nəticəsində Azərbaycanda hərbi məktəb formalaşdı, yüzlərlə gənc xaricdə təhsil aldı. Müstəqilliyinin bərpasından sonra böhran, anarxiya içərisində boğulan dövlətimiz Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yenidən dirçəldi. Bütün sahələrdə tez bir zamanda islahatlar aparıldı. Bu siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın bütün bölgələrində, o cümlədən Balakən rayonunda da çox böyük infrastruktur, tikinti-quruculuq işləri uğurla aparılır.
Digər çıxışlarda Milli Dirçəliş Gününün tarixi və əhəmiyyəti barədə geniş bəhs edilib.