Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları yola salındı.

18 noyabr 2018 | 16:00

   Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Balakən rayonunun məktəbliləri də qoşulublar.

   Noyabrın 18-də Balakən şəhərində rayonun məktəblilərindən ibarət qrup Lənkəran-Masallı-Astara istiqaməti üzrə tur-aksiyada iştirak etmək üçün yola salınıb.

   Balakən Bayraq Muzeyinin qarşısında təşkil olunan valideynlərin, məktəb direktorlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi yola salma mərasimində rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, məktəbliləri tur-aksiyada iştirak etdiklərinə görə təbrik edib. Bildirib ki, dövlət başçısının tapşırığına əsasən 9-11-sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyalar məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. İslam Rzayev hər bir bölgənin özünəməxsus xüsusiyyətləri, tarixi abidələri, adət-ənənələri, kulinariyası, coğrafiyası olduğunu qeyd edərək, məktəblilərə getdikləri bölgə haqqında geniş bilgilər əldə etməyi tövsiyə edib, mənalı istirahət arzulayıb.

   Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobusla respublikamızın cənub bölgəsinə yola düşüblər.

 

Keçidlər