Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayon İcra Hakimiyyətinin başçısı Gərəkli kəndində səyyar qəbul keçirib.

30 noyabr 2018 | 16:00

   29 noyabr 2018-ci il tarixdə Balakən rayon İcra Hakimiyyətinin başçısı Gərəkli kəndində növbəti səyyar qəbul keçirib.

   Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev respublikada, o cümlədən Balakən rayonunda həyata keçirilən layihələrdən, abadlıq və quruculuq işlərindən bəhs edib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə Azərbaycanda aparılan islahatlar daha da dərinləşib və mahiyyətcə yeni xarakter kəsb edib. İqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib.

   Son illərdə zamanın tələblərinə uyğun olaraq ölkəmizdə uğurla həyata keçirilən dövlət proqramları, genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyi və makroiqtisadi sabitlik Azərbaycanda güclü sənayenin formalaşdırılması üçün əlverişli şərait yaradıb.

   "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən proseslər öz bəhrəsini verməkdədir. Noyabr ayının 16-da isə dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında daha 3 müəssisənin "Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin, "Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunun və İnşaat kimyəviləri zavodunun açılışlarını edərək xeyir-duasını verdi. Hazırda parkda 12 müəssisə fəaliyyət göstərir və bu müəssisələr tərəfindən istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, "Made in Azerbaijan” brendi ilə xarici bazarlara ixrac edilir.

   Rayon rəhbəri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri ölkəmizi mühüm nəqliyyat-tranzit və ticarət mərkəzinə çevirməkdədir. Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən nəhəng regional layihələr ölkəmizin nəqliyyat qovşağına çevrilməsinə, tranzit potensialının güclənməsinə xidmət edir. Digər sahələrdə olduğu kimi, ölkə iqtisadiyyatında da əhəmiyyəti böyük olan nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün mühüm işlər görülür.

Keçidlər