Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda qarşıya qoyulan vəzifələrin icrası vəziyyəti ilə bağlı tədbir keçirilib.

21 dekabr 2018 | 16:00

   21 dekabr 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin akt zalında Balakən rayonunda “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda qarşıya qoyulan vəzifələrin icrası vəziyyəti və görülmüş işlərlə bağlı tədbir keçirilib. Rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqləndiyini bildirib. Qeyd olunub ki, Açıq hökümət (açıq dövlət) dövlət idarəetmə üsuludur və əsasən dövlətin qəbul etdiyi qərarlar, habelə onun fəaliyyəti haqqında məlumatların vətəndaşlar tərəfindən əldə edilməsi hüququnu dəstəkləyir və dövlət tənzimləməsinə səmərəli ictimai nəzarətin təmin edilməsi məqsədini daşıyır. Açıq hökümət geniş mənada dövlət qurumlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını, məlumatların açıqlanmamasının qarşısının alınmasını nəzərdə tutur.

   Daha sonra məruzə ilə çıxış edən RİH-nin Hüquq şöbəsinin müdiri Pirdas Qardaşova qeyd edib ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda yerli icra hakimiyyəti orqanlarının qarşısına konkret vəzifələr qoyulub. Ötən müddət ərzində Balakən rayon İcra Hakimiyyəti tərəfindən həmin vəzifələrin icrası, Milli fəaliyyət Planında nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi üçün hər il iş planları tərtib edilib və müvafiq tədbirlər görülüb. Balakən rayon İcra Hakimiyyəti tərəfindən görülmüş işlər haqqında məlumat verən Pirdas Qardaşova qeyd edib ki, “Elektron hökumət” portalının imkanları və istifadəsi ilə bağlı vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirləri və təqdimatlar keçirilib, Elektron hökumət portalından istifadə üçün təklif olunan autentifikasiya vasitələri, onların əldə edilməsi və istifadəsi qaydaları, onlardan istifadə edilməsinin əhəmiyyəti izah edilib.

   Tədbirin sonunda iştirakçılara Balakən rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb.                                                                     

Keçidlər