Şriftin ölçüsü :

Saytın rəngi :

Qaysa kəndində növbəti səyyar qəbul keçirilib.

10 yanvar 2019 | 16:00

  2019-cu il yanvar ayının 10-da Balakən rayon İcra Hakimiyyətinin başçısı Qaysa kəndində növbəti səyyar qəbul keçirib.

   Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, Azərbaycan 2018-ci ildə öz dinamik inkişafını təmin edib, insanlarımız əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayıblar. 2018-ci il ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında mühüm uğurlu hadisələrlə yadda qaldı. Azərbaycanın iştirakçısı olduğu beynəlxalq layihələr reallaşdı, həm paytaxt Bakıda, həm də regionlarda abadlıq-quruculuq işləri davam etdirildi, mühüm sosial-iqtisadi infrastrukturlar açıldı. Həmçinin Bakı beynəlxalq forum və konfranslara, idman yarışlarına evsahibliyi etdi.

   İslam Rzayev vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafı 2018-ci ildə də Prezident İlham Əliyevin fəaliyyət prioritetlərindən olub. Hər il olduğu kimi, 2018-ci ildə də regionların sosial-iqtisadi inkişafına töhfə verən, yeni iş yerlərinin açılmasını təmin edən müəssisələr, zavodlar, fabriklər və digər obyektlər fəaliyyətə başlayıb.

   2018-ci ildə ölkəmizdə, o cümlədən Balakən rayonunda yol tikintisi geniş vüsət alıb. 2018-ci ildə Balakən rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə tikilən Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 29 km olan Balakən-Mazımçay hissəsinin, 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala və 7 yaşayış məntəqəsini birləşdirən Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun tikintisi davam etdirilib. Bizim üçün sevindirici haldır ki, 2019-cu ildə rayonumuz üçün uğurlu başlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 yanvar 2019-cu il tarixində 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Sərəncam imzalayıb.

   Diqqətə çatdırılıb ki, 2018-ci ildə Balakən rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafı sahəsində qarşıya qoyulan vəzifələr uğurla icra olunub və yüksək nailiyyətlər əldə edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğı, bu istiqamətdə imzaladığı fərman və sərəncamlar, atılmış konkret addımlar Balakəndə ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəlməsinə səbəb olub, gələcək inkişafına bünövrə yaradıb.

   Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır.

   Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qəbulda iştirak edən vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti tapşırıqlarını verib.                                                     

Keçidlər