Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Meşəşambul kəndində növbəti səyyar qəbul keçirib
Balakən rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu 17 yanvar 2019-cu il tarixdə Meşəşambul kəndində keçirilib. İcra strukturları nümayəndələrinin, idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçən görüşdə kənd sakinlərinin təklif, müraciət və şikayətləri dinlənilib.
Rayon rəhbəri diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır.
Səyyar qəbulda sakinlərin müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Görüşdə iştirak edən kənd sakinləri Balakən rayonunda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə edərək onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə minnətdarlıqlarını bildiriblər.