Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Novruz şənliyi keçirilmişdir

22 mart 2013 | 16:00

 

Martın 19-da Balakən şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ümumrayon Novruz şənliyi keçirilmişdir.
Rayon rəhbərliyi və qonaqlar əvvəlcə martın 9-da respublikamızın paytaxtında başlanan və bölgələrdə uğurla davam edən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində rayonda təşkil edilən silsilə tədbirlərə uyğun olaraq yerli ifaçıların iştirakı ilə yekun konsert proqramını izləmişlər.
Baharın gəlişini bildirən Novruz tonqalı alovlandırıldıqdan sonra şənlik iştirakçıları bayramsayağı bəzədilmiş parkda xalqımızın, eləcə də rayonda yaşayan digər xalqların milli adət-ənənələrini əks etdirən guşələrə baxmış, el sənətkarlarının əl işləri və milli mətbəx nümunələri ilə tanış olmuşlar.
Bayram tədbirində qeyd olunmuşdur ki, ən qədim adət-ənənələrimizdən olan Novruz xalqımız tərəfindən həmişə böyük sevinclə qarşılanır. Bu bayramın yüksək səviyyədə qeyd olunmasına ulu öndərimiz tərəfindən həmişə böyük diqqət göstərilirdi. Bu ənənə indi də davam etdirilir. Prezident İlham Əliyev Novruz şənliklərində həvəslə iştirak edir, xalqımıza Novruz təbriklərini çatdırır.
Tədbir boyunca Novruzun atributları Keçəl və Kosa duzlu və məzəli zarafatları ilə bayram iştirakçılarını doyunca əyləndirmiş, pəhləvanlar, kəndirbazlar öz məharətlərini nümayiş etdirmişlər.

 

Keçidlər