Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Balakən şəhərində keçirilib.

22 yanvar 2019 | 16:00

   22 yanvar 2019-cu ildə Balakən şəhərində rayon icra hakimiyyətinin başçısı İslam Rzayev növbəti səyyar qəbul keçirib.

   Tədbirdə çıxış edən İslam Rzayev yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib. Sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilib, müvafiq izahatlar verilib və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

   Sonda qəbulda iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirərək Rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq keçirdiyi səyyar qəbul və görüşlərin əhalinin qaldırdığı məsələlərin operativ həllində böyük əhəmiyyət daşıdığını vurğulayıblar.                        

Keçidlər