Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda Gənclər Günü qeyd edilib.

01 fevral 2019 | 16:00

   Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "2 Fevral-Gənclər Günü" münasibəti ilə tədbir keçirilib. Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binasında keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri Azad Balayev, RİHB-nın müavini Nəzakət Rüstəmova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov və rayonun aktiv gəncləri iştirak ediblər.

   Əvvəlcə tədbir iştirakçıları rayon gənclərinin uğurlarını əks etdirən sərgi ilə tanış olublar.

   Tədbirdə məruzə ilə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov 2018-ci ildə Balakən rayonunda görülmüş işlər və rayon gənclərinin əldə etdiyi uğurlar haqqında geniş məlumat verib. Tədbirdə Balakən Gənclər Evi Sosial Xidmət müəssisəsinin direktoru Tale Şahverdiyev, müəssisənin könüllüsü Nərmin Məmmədova, gənc müəllim Altay Məmmədov və YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Hacıyev çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti, gənclərə göstərilən diqqət və qayğıdan bəhs ediblər. Tədbirdə yekun nitqlə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Gənclər Günü münasibətilə gəncləri təbrik edib və gənclərin kökünə, əcdadına bağlı milli-mənəvi dəyərlərinə sadiq və tükənməz güc olduğunu və bu gün dövlətimizin gənclərin gücünə inandığını qeyd edib. Bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyinə daim böyük diqqət yetirib. Dahi rəhbərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ulu Öndər hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan gənclərinin müasir tələblərə cavab verən, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşması üçün çalışıb. Gənclərə öz tövsiyyələrini verən İslam Rzayev bildirib ki, bu gün ölkəmizin sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması ölkə başçısının düşünülmüş siyasətinin nəticəsidir. Dövlətimizin başçısının uzaqgörənliklə reallaşdırdığı bu siyasətin həyata keçirilməsində gənclərin də üzərinə mühüm vəzifələr düşür.

   Tədbirin sonunda il ərzində fəallığı ilə fərqlənən gənclər fəxri fərmanla təltif ediliblər.                            

 

Keçidlər