Talalar kəndində növbəti səyyar qəbul keçirilib.
2019-cu il fevral ayının 07-də Balakən rayon İcra Hakimiyyətinin başçısı Talalar kəndində növbəti səyyar qəbul keçirib.
İslam Rzayev vurğulayıb ki, 2018-ci ildə ölkəmizdə, o cümlədən Balakən rayonunda yol tikintisi geniş vüsət alıb. 2018-ci ildə Balakən rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə tikilən Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 29 km olan Balakən-Mazımçay hissəsinin, 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala və 7 yaşayış məntəqəsini birləşdirən Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun tikintisi davam etdirilib.
Diqqətə çatdırılıb ki, 2018-ci ildə Balakən rayonunun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafı sahəsində qarşıya qoyulan vəzifələr uğurla icra olunub və yüksək nailiyyətlər əldə edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğı, bu istiqamətdə imzaladığı fərman və sərəncamlar, atılmış konkret addımlar Balakəndə ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəlməsinə səbəb olub, gələcək inkişafına bünövrə yaradıb.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır.
Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qəbulda iştirak edən vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti tapşırıqlarını verib.