Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Şərif kəndində növbəti səyyar qəbul keçirilib.

21 fevral 2019 | 16:00

   2019-cu il fevral ayının 21-də Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Yeni Şərif kəndində növbəti səyyar qəbul keçirib.

   Kənd sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulların məqsədi, yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində görülən işlər barədə məlumat verib. Bu cür görüşlərdə vətəndaşların müraciətlərinin diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

   Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə Azərbaycanda aparılan islahatlar öz bəhrəsini verib. İqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib.

   Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qəbulda iştirak edən vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlarını verib.

   Kənd sakinləri tərəfindən qaldırılan məsələlər əsasən sosial xarakterli olmuşdur.                                  

 

Keçidlər