Şriftin ölçüsü :

Saytın rəngi :

“21 fevral- Beynəlxalq ana dili günüdür”.

21 fevral 2019 | 16:00

   Dil millətin varlığının əsas şərtlərindən və vacib göstəricilərindən biridir. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. Ölkəmizdə ana dilinə dövlət qayğısı ilə bağlı məsələdə ümummili lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.

   Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalamışdır.

   21 fevral 2019-cu il tarixində Balakən rayon Şərif kənd tam orta məktəbində “Beynəlxalq ana dili günü” münasibəti ilə “Ana dilimizin saflığını qoruyaq” adlı tədbir keçirilmişdir. Tədbirdə Şərif kənd tam orta məktəbinin şagirdlərinin hazırladıqları səhnəciklər nümayiş olunmuş, Azərbaycan ədəbiyyatının görkəmli simalarının dil haqqında gələcək nəsillərə bəxş etdiyi dəyərli əsərləri səsləndirilmiş, şeirlər, mahnılar ifa edilmişdir. Tədbirdə şagirdlər, məktəb rəhbərliyi, müəllimlər, qonaqlar iştirak etmişlər.

   Sonda tədbirdə çıxış edən və səhnəciklərdə fərqlənən şagirdlərə diplomlar təqdim olunmuşdur.                                          

 

 

Keçidlər