Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə soyqırımı qurbanlarının xatirəsi anılmışdır

01 aprel 2013 | 15:00

 

Balakən Rayon İcra Hakimiyyətində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı toplantı keçirilmişdir.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Balakən şəhərində soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksin önünə gül-çiçək dəstələri düzmüşlər.
Sonra RİH-nin iclas zalında dəyirmi masa keçirilmişdir.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Toplantıda ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərdən, törətdikləri dəhşətli faciələrdən bəhs edilmiş, soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi olduğu, bu siyasət nəticəsində yüz minlərlə günahsız soydaşımızın qətlə yetirildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, bu təcavüzkar siyasət indi də məqsədyönlü şəkildə davam etdirilir.
Tədbirdə çıxış edənlər 1918-ci ilin martında erməni millətçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə öldürülməsinin, soyqırımına məruz qalmasının XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrdən biri hesab olunduğunu bildirmiş, erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamışlar.

Keçidlər