Şriftin ölçüsü :

Saytın rəngi :

Balakənlilər Azərbaycanın on milyonuncu sakininin dünyaya gəlməsini sevinclə qarşılayıblar.

07 aprel 2019 | 16:00

   Azərbaycanın on milyonuncu sakininin anadan olması münasibətilə Balakən şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında konsert proqramı təşkil edilib.

   Əvvəlcə parkın ərazisində ağacəkmə aksiyası keçirilib, yaşıllıqlara qulluq olunub.

   Tədbirdə vurğulanıb ki, on milyonuncu sakinin dünyaya gəlməsi müstəqil Azərbaycanın həyatında çox əlamətdar hadisədir. Xalqımız bu hadisəni böyük sevinc hissi ilə qeyd edir. Azərbaycan əhalisinin sayının artaraq on milyona çatması bir daha sübut edir ki, son illər ölkəmizdə sosial-iqtisadi sahədə çox böyük uğurlar əldə olunub, əhalinin rifahı daha da yaxşılaşıb.

   Bayram tədbirində rayonun musiqi, folklor və rəqs kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.                     

Keçidlər