Şriftin ölçüsü :

Saytın rəngi :

Şərif kəndində növbəti səyyar qəbul keçirilib.

11 aprel 2019 | 16:00

   2019-cu il aprel ayının 11-də Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Şərif kəndində növbəti səyyar qəbul keçirib.

   Görüşdə çıxış edən İslam Rzayev bildirib ki, bir il əvvəl-2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində Azərbaycan xalqı yenidən öz taleyini görkəmli siyasi lider, böyük dövlət xadimi cənab İlham Əliyevə etibar etdi. Aprelin 11-i müstəqil Azərbaycan dövlətinin siyasi tarixinə hərtərəfli islahatlar yolu ilə yeniləşmə və tərəqqinin növbəti yüksək mərhələsinin başlanğıcı kimi yazıldı. Son bir il Azərbaycanın ictimai-siyasi və sosial-mədəni həyatı mühüm uğurlarla və bir sıra əlamətdar hadisələrlə də zəngin oldu. Ölkəmiz ötən bir ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi və beynəlxalq mövqelərini daha da möhkəmləndirdi, mühüm uğurlar qazandı. Müstəqil dövlətimiz həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atdı, qarşıya qoyulan hədəflərə doğru daha inamla irəlilədi.

   Kənd sakinləri ilə görüşü zamanı İslam Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin minimum əməkhaqqı və minimum pensiyaların yüksək faizlə artırılması, əhalinin dövlətin qayğısına daha çox ehtiyacı olan təbəqələrinin, o cümlədən əlillərin, müharibə veteranlarının, məcburi köçkünlərin, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş vətəndaşlarımızın, eləcə də tələbələrin sosial müdafiəsinin gücləndirilməsi və s. digər tədbirlərlə bağlı imzaladığı sərəncamlarının yüz minlərlə ölkə vətəndaşını əhatə etdiyini diqqətə çatdırıb.

   Daha sonra qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.                                                                       

Keçidlər