Şambul kəndində səyyar qəbul keçirilib.
18 aprel 2019-cu il tarixdə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxışı zamanı bildirdi ki, bu görüşün məqsədi təsdiq edilmiş qrafikə uyğun olaraq cənab Prezidentin tapşırığına əsasən əhali ilə yerlərdə görüşüb, onların problemləri ilə maraqlanmaqdır.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirərək, Balakən rayonunda görülən abadlıq-quruculuq işlərindən, həmçinin rayon mərkəzində və kəndlərdə sosial xidmətlərin inkşaf etməsindən, ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Rayon icra hakimiyyətinin başçısı çıxışında ərazidə yaşayan sakinlərin torpaqlardan səmərəli istifadə etmələri, kənd təsərrüfatı sahələrinin inkşafı ilə bağlı məsləhət və tövsiyələrini verdi. Əhalini narahat edən problemlərin həlli istiqamətində rayonda həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışan rayon rəhbəri bildirib ki, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bundan sonrada davam edəcəkdir.
Sonra vətəndaşların müraciətləri dinlənildi. Kənd sakinlər itərəfindən qaldırılan məsələlər barədə aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.