Şriftin ölçüsü :

Saytın rəngi :

İpəkqurdu toxumlarının 1025 qutusu Balakəndə inkubasiyaya qoyulub.

25 aprel 2019 | 16:00

   Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 20 min qutu hibrid ipəkqurdu sənaye toxumlarının 1025 qutusu Balakən rayonundakı keçmiş barama toxumu zavodunda inkubasiyaya qoyulub.

   İpəkqurdu toxumunun inkubasiya müddətinin mayın 2-3-də başa çatacağı gözlənilir. Əldə olunacaq ipəkqurdları daha sonra rayonun kümçülərinə paylanılacaq.

   Cari təsərrüfat ilində Balakəndə barama istehsalının əvvəlki illə müqayisədə 11 tondan çox artırılaraq, 41 tona çatdırılması planlaşdırılır.                                     

Keçidlər