Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda cari təsərrüfat ilində 450 ha sahədə tütün əkini proqnozlaşdırılıb.

25 aprel 2019 | 16:00

   Cari mövsümdə Balakən rayonunun təsərrüfatlarında 360 ha sahədə “virciniya” növ, 10 ha sahədə ətirli “Berley” növ, 80 ha sahədə isə yerli itiyarpaq növ tütün olmaqla cəmi 475 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən sadə istixanalar hazırlanmış, artıq şitillərin sahəyə köçürülməsinə başlanmışdır. 25.04.2019-cu il tarixə 70 ha sahəyə tütün şitillərinin sahəyə köçürülməsi təşkil olunmuşdur.

   Tütün istehsalçılarının işlərinə daha məsuliyyətlə başlamasına səbəb, rayonun Hənifə kəndində yeni istifadəyə verilən 60 kameralı tütünqurutma məntəqəsinin tam gücü ilə işləməsi böyük təsir göstərib. Məntəqə ötən mövsümdə fermerlərdən 2823 ton yaşıl tütün kütləsi qəbul edib və emal prosesindən sonra burada 392 ton quru tütün istehsal olunub. Emal məntəqəsində 20 nəfər daimi, 75 nəfər isə mövsümi işlə təmin edilib.                           

Keçidlər