Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunun təsərrüfatlarında qarğıdalı əkininə başlanılmışdır

09 aprel 2013 | 15:00

 

Qarğıdalıçılıq Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur.
Cari ildə rayonda qarğıdalı əkilən sahənin genişləndirilməsi və 6 min 800 hektara çatdırılması nəzərdə tutulmuşdur. Ötən il isə balakənli fermerlər 6 min 442 hektar qarğıdalı sahəsindən rekord miqdarda - 41 min 76 ton məhsul götürmüşlər. Hər hektardan orta məhsuldarlıq 63,8 sentner təşkil etmişdir. Artıq bir neçə gündür ki, rayonun təsərrüfatlarında qarğıdalı əkininə başlanmışdır.
Rayonun təsərrüfatlarında yazlıq bitkilərin əkini də mütəşəkkil davam edir. Məhsul istehsalçıları indiyədək 1.704 hektar sahədə yazlıq bitkilər əkmişlər. Fermerlər yaxın günlərdə faraş xiyar yığımına başlayacaqlar.

Keçidlər