Şriftin ölçüsü :

Saytın rəngi :

Balakənli fermerlərə güzəştli şərtlərlə 30 tonadək mineral gübrə satılıb.

26 aprel 2019 | 16:00

   Aprelin 12-də “Aqrolizinq” ASC tərəfindən Balakən rayonunda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib.

   Rayonun Qabaqçöl qəsəbəsində təşkil olunan səyyar satışda 70 vətəndaşa 30 tonadək azot gübrəsi satılıb.

   Səyyar satış zamanı Qabaqçöl qəsəbəsinin və ətraf kəndlərin vətəndaşları mineral gübrələri 70 faiz güzəştlə əldə ediblər.

   Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.                

Keçidlər