Kənd təsərrüfatı naziri Zaqatalada regionun vətəndaşlarını qəbul edəcək.
26 aprel 2019 | 16:00
Kənd təsərrüfatı naziri İnam Kərimov aprelin 26-da Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Zaqatala, Balakən və Qax rayonlarının sakinləri ilə görüşəcək.
Görüşdə iştirak etmək istəyənlər Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinə (02429-5-11-21) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçmək olar.