Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Qazbinə kəndində səyyar qəbul keçirib.

25 aprel 2019 | 16:00

   25 aprel 2019-cu il tarixdə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

   Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxışı zamanı bildirdi ki, bu görüşün məqsədi təsdiq edilmiş qrafikə uyğun olaraq cənab Prezidentin tapşırığına əsasən əhali ilə yerlərdə görüşüb, onların problemləri ilə maraqlanmaqdır.

   İslam Rzayev çıxışında ərazidə yaşayan sakinlərin torpaqlardan səmərəli istifadə etmələri, kənd təsərrüfatı sahələrinin inkşafı ilə bağlı məsləhət və tövsiyələrini verdi. Əhalini narahat edən problemlərin həlli istiqamətində rayonda həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışan rayon rəhbəri bildirib ki, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bundan sonrada davam edəcəkdir.

   Qəbulda qaldırılan məsələlər dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, mövcud problemlərin həlli üçün icra başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.                              

 

Keçidlər