Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda sosial işlərə cəlb edilmiş işçilərlə görüş keçirilmişdir.

29 aprel 2019 | 16:00

   Balakən rayonunda əhalinin məşğulluğunun artırılması məqsədilə DOST Mərkəzi nəzdində yaradılmış müvəqqəti iş yerlərində işçi qəbulu, əmək haqlarının ödənişi qaydalarının icrası və ümumilikdə bu işlərin təşkilinə nəzarətin gücləndirilməsilə bağlı Balakən rayon İcra Hakimiyyəti başçısı yanında Komissiya yaradılıb.

   Komissiyanın qarşısına müvəqqəti iş yerlərinin dislokasiyasını müəyyən etmək, müvəqqəti iş yerləri açılmış qurumlarda işlərin təşkilinin təftişi, işçilərin işə qəbulunda şəffaflığın təmin edilməsi, işçilərin adlarına açılmış əmək haqlarının ödənişi kartlarından kənar adamların istifadəsi hallarına yol verilməməsi üçün işə götürənlərlə fərdi izahat işinin təşkili, işəgötürən və işəgötürülənlər arasında hər hansı bir neqativ halların yaranmaması üçün zəruri tədbirlərin görülməsi məqsəd qoyulub.

   Komissiya üzvləri ilk iclasdan sonra Balakən rayonunda DOST Mərkəzi nəzdində yaradılmış müvəqqəti iş yerlərində çalışan bütün işçilərlə tək-tək görüşüb, onlarla tanış olmuş və zəruri izahat işləri aparılmışdır.

   Müətəmadi olaraq sosial işlərə cəlb edilmiş işçilərin əmək şəraiti, onların təklif və problemləri nəzarətdə saxlanılır.                                  

 

 

Keçidlər