Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Hənifə kəndində sakinlərlə görüşüb.

02 may 2019 | 16:00

   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 2019-cu il may ayının 2-də Hənifə kəndində növbəti səyyar qəbul keçirib. Görüşdə hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, digər xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.

   Səyyar qəbulda kənd sakinləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, həyata keçirilən sosial islahatlara görə razılıqlarını ifadə edib, əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıblar. Kənddə suvarma suyu ilə təminatın yaxşılaşdırılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, sel sularından mühafizə üçün çay kənarına bənd vurulmasına ehtiyac olduğu diqqətə çatdırılıb.

   Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

    Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.                                                               

Keçidlər