Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “Heydər Əliyev dühası uca zirvədir” adlı Oxu bayramı keçirilib.

06 may 2019 | 16:00

   Ümummilli lider Heydər Əliyev dönə-dönə xatırladırdı ki, kitab bəşəriyyətin tərəqqisinin ən böyük vasitələrindən biridir. Kitabxanalar xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, bilik, zəka, mənəviyyat mənbəyidir.

   Bu fikirlər Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə mayın 6-da Balakəndə keçirilən “Heydər Əliyev dühası uca zirvədir” adlı Oxu bayramında səsləndirilib.

   Tədbir iştirakçıları əvvəlcə bayramın keçirildiyi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil edilən kitab sərgiləri ilə tanış olublar.

  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək mədəniyyətimizin hamisi kimi tanınan ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıb, bilik mənbəyi olan kitabın geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, kitablar kainatın sirlərini özündə əks etdirən, ətraf aləmdə baş verən proseslərdən xəbərdar edən sonsuz məlumat mənbəyi, bütün elmlərin açarını özündə gizləyən sirli bir xəzinədir. Elə xəzinə ki, elmə, biliyə, mədəniyyətə, tərbiyəyə gedən yola işıq salır. İslam Rzayev dövlət tərəfindən bu gün Azərbaycanda mövcud olan bütün kitabxanaların dövlət qayğısı ilə əhatə olunmasını, kitabxanaların fondlarının zənginləşdirilməsini, maddi-texniki bazalarının gücləndirilməsinə diqqət ayrılmasını və bütün kitabxanalarımızda latın qrafikası ilə çap olunmuş kitabların olmasının çox sevindirici hal olmasını diqqətə çatdırıb.

   Tədbirdə məktəblilərin ifasında Ulu Öndərə, vətənpərvərlik mövzusuna həsr edilən şeirlər ifa olunub. Nümayiş etdirilən müxtəlif kompozisiyalar və musiqili proqram hər kəsdə xoş ovqat yaradıb.                                                   

Keçidlər