Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılmışlar

03 aprel 2013 | 15:00

 

Balakən şəhərində “Şahin” hərbi-idman oyununun rayon mərhələsinin yarışları keçirilmişdir.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Təhsil və Müdafiə nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə keçirilən bu yarışlar yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə gənclərin hərbi xidmətə hazırlanması məqsədi daşıyır.
Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin idman meydançasında keçirilən birincilikdə rayonun ümumtəhsil məktəblərini təmsil edən 35 komanda mübarizə aparmışdır. Komandalar sıra hazırlığı, silahın sökülüb yığılması, sanitarların hazırlığı, maneənin dəf olunması, mülki müdafiə hazırlığı və digər yarışlarda qüvvələrini sınamışlar.
Birinciliyin qalibi olmuş Qazma kəndindəki 1 nömrəli tam orta məktəbin komandası, eyni zamanda, aprelin sonunda keçiriləcək zona yarışlarına vəsiqə qazanmışdır. Sonrakı yerləri Katex kəndindəki 1 nömrəli və Kortala kənd tam orta məktəblərin komandaları tutmuşlar.
Qalib komandalar rayon gənclər və idman idarəsinin diplomları ilə mükafatlandırılmışlar.

Keçidlər