Talalar kəndində səyyar qəbul keçirilib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 2019-cu il mayın 16-da Talalar kəndlərində növbəti səyyar qəbul keçirib.
Görüşdə Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Rüfət Əliyev də iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxışında ərazidə yaşayan sakinlərin torpaqlardan səmərəli istifadə etmələri, kənd təsərrüfatı sahələrinin inkşafı ilə bağlı məsləhət və tövsiyələrini verib. Əhalini narahat edən problemlərin həlli istiqamətində rayonda həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışan rayon rəhbəri qeyd edib ki, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bundan sonrada davam edəcəkdir.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Səyyar qəbulda kənd sakinləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, həyata keçirilən sosial islahatlara görə razılıqlarını ifadə edib, əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıblar. Kənddə içməli su ilə təminatın yaxşılaşdırılması məqsədilə artezian quyusunun qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, uşaq bağçası üçün yeni binanın tikilməsinə ehtiyac olduğu diqqətə çatdırılıb.
Sakinlərin müraciət və təkliflərini dinləyən Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Rüfət Əliyev qeyd edib ki, bu tip görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir və məqsəd vətəndaşları dinləmək, onları narahat edən problemləri öyrənmək və aradan qaldırmaqdır.
Sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilib, müvafiq izahatlar verilib və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.