Şriftin ölçüsü :

Saytın rəngi :

Gömrük Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edib.

25 may 2019 | 16:00

  Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər. Mayın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Balakən rayon Heydər Əliyev Mərkəzində rayon sakinlərini, eləcə də həmin rayonda məskunlaşan məcburi köçkünləri qəbul edib.

   DGK-nın sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Balakən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

   Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.                                                                    

Keçidlər