Balakən Rayon İcra Hakimiyyətinin başçısı Püştətala kəndində sakinlərlə görüşüb.
2019-cu il iyun ayının 7-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Püştətala kəndində növbəti səyyar qəbul keçirib. Görüşdə hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, digər xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda rayon icra hakimiyyətinin başçısı İslam Rzayev rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Kənd sakinləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, həyata keçirilən sosial islahatlara görə razılıqlarını ifadə edib, əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıblar. Kənddə içməli su ilə təminatın yaxşılaşdırılmasına, internet şəbəkəsinə qoşulmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə ehtiyac olduğu diqqətə çatdırılıb. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.