Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyəti davam edir.

11 iyun 2019 | 16:00

    Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarının qarşısına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, təcrübi biliklərini artırmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.

   Bu məqsədlə Balakən Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini yaratmağa başlamış, bu məqsədlə Balakən rayon İcra Hakimiyyəti başçısının 06 mart 2019-cu il tarixli 16 nömrəli sərəncamı imzalanmışdır.

   Həmçinin, rayon icra hakimiyyətinin rəsmi veb-səhifəsində “Könüllülük fəaliyyəti” əsas bölməsi və “Könüllülüyə sən də qoşul”, “Necə könüllü olmalı” alt bölmələri yaradılmışdır.

   Rayon gəncləri arasında könüllülük fəaliyyətinin təşviqi ilə bağlı müvafiq tədbirlər planı hazırlanmış və bu məqsədlə təhsil müəssisələrində gənclərlə görüşlərin keçirilməsi, müraciətlərin toplanması və müsahibələrin təşkil olunması təmin edilmişdir. Balakən rayon İcra Hakimiyyətinə könüllülük fəaliyyəti göstərmək istəyən gənclərin müraciətləri qəbul edilmiş, könüllülərə ilkin məlumatlandırıcı (qurum haqqında və görəcəkləri işlər haqqında) təlimlər keçirilmiş, 4 nəfər könüllü ilə müvafiq müqavilə bağlanmış, onlar üçün iş şəraiti yaradılmışdır. Könüllülər 2 ay müddətində müqaviləyə uyğun olaraq fəaliyyət göstərmişlər.

   11 iyun 2019-cu il tarixində Balakən Rayon İcra Haikimiyyətinin başçısı İslam Rzayev könüllülük fəaliyyətini başa vurmuş 4 nəfərə sertifikatlar təqdim etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Bildirilmişdir ki, rayon ərazisində müvafiq vakansiyalar yarandıqda həmin könüllülər ilk olaraq namizəd kimi təqdim olunacaqlar.

   Görüş zamanı Balakən Rayon İcra hakimiyyətində könüllü fəaliyyətə başalayacaq yeni könüllülər tədqim olunmuş, şöbələr üzrə fəaliyyət istiqamətləri müəyyən edilmişdir.                                                         

Keçidlər