Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü Balakəndə təntənə ilə qeyd olunub.

14 iyun 2019 | 16:00

   Balakən rayonunda 15 İyun – Milli Qurtuluş Günü böyük sevinc və təntənə ilə qeyd olunub. İyunun 14-də rayon icra hakimiyyətinin aparat işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.

   Daha sonra Mədəniyyət Mərkəzində 15 İyun-Milli Qurtuluş günü ilə əlaqədar konfrans keçirilib.

   Konfransda məruzə ilə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qeyd edib ki, Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı Azərbaycan tarixində həlledici rol oynadı. Heydər Əliyev öz dönüşü ilə dövlətimizi və xalqımızı xilas etdi. Ulu Öndər həyatının ən böyük missiyasını yerinə yetirmiş oldu. Həmin tarixi qayıdış olmasaydı, bəlkə bugünki Azərbaycan da olmazdı. Qısa bir zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı etibarlı şəkildə alındı.

   İslam Rzayev ulu öndər Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan, ordu quruculuğundan, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan, gənclərə dövlət dəstəyinin ən yüksək səviyyədə təmin olunmasından, xarici siyasətdə qazanılan uğurlardan və s. danışaraq bugünkü müasir, güclü Azərbaycanın onun şah əsəri olduğunu bildirib.

   Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən söz açan rayon rəhbəri vurğulayıb ki, istər işğal olunmuş torpaqlarımızın azad olunması, istərsə də xalqımızın taleyüklü məsələlərində dövlətimizin başçısının prinsipial mövqe nümayiş etdirməsi, Azərbaycanı sabitlik adasına çevirməsi xalqımız tərəfindən daim dəstəklənir və təqdir olunur.

   Daha sonra ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub. Konfrans rayon mədəniyyət işçilərinin ifasında konsert proqramı və ədəbi-bədii kompozisiya ilə davam etdirilib.                                             

Keçidlər