Şriftin ölçüsü :

Saytın rəngi :

Əmlak Məsələləri Dövlət Komitəsinin Balakəndə yeni və müasir ərazi ofisi istifadəyə verilib.

21 iyun 2019 | 16:00

   İyunun 21-də Balakən rayonunda Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yeni inşa edilmiş ərazi ofisi istifadəyə verilib.

   Yeni binada daşınmaz əmlakın qeydiyyatı xidmətlərinin göstərilməsi ilə yanaşı, sakinlərin kadastr, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, icarəyə verilməsi və digər məsələlər ilə bağlı müraciətləri daha operativ və əlçatan formada qəbul olunacaq. Komitə tərəfindən göstərilən xidmətlərin bir ofisdə toplanması əhalinin əlavə ünvanlara getmədən rahat müraciətinə şərait yaradacaq.

   Yeni ərazi ofisində fəaliyyət müasir əsaslarla qurulub. Tətbiq edilən müvafiq informasiya sistemləri, kommunikasiya avadanlıqları və texnologiyaları ilə mükəmməl fəaliyyət prosesi təmin edilib. Bu da həmin ərazidə yaşayan sakinlərin əlavə vaxt sərf etmədən daşınmaz əmlakın qeydiyyatı, sənədlərin təqdim olunması, texniki sənədlərin alınması, özəlləşdirmə, hərraclarda iştirak, kadastr və digər məsələlərlə bağlı müraciətinə imkan verəcək.

   Balakən şəhəri, Səttar Gözəlov 4B ünvanında yerləşən xidmət binasında vətəndaşların daşınmaz əmlakın qeydiyyatı üzrə məlumatlanması məqsədilə elektron monitor və müasir İKT avadanlığı quraşdırılıb. Burada xidmətlərlə bağlı tələb olunan sənədlərin siyahısı, dövlət rüsumları və xidmət haqları ilə tanış olmaq mümkündür. Eyni zamanda, sakinlərin izahedici monitorlar vasitəsilə elektron xidmətlər barədə məlumatlanması və onlardan istifadəsi təmin olunub.         

Keçidlər