Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 90-illiyi ilə əlaqədar silsilə tədbirlər davam edir

21 aprel 2013 | 15:00

 

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ümumrespublika miqyasında böyük ruh yüksəkliyi ilə qeyd olunmaqdadır. Bununla yanaşı 2013-cü ildə ulu öndər Heydər Əliyevin müasir Azərbaycan Respublikasının Prezidenti seçilməsindən də 20 il keçir. Bu isə o deməkdir ki, xalqın təkidi ilə 20 il öncə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi və siyasi inkişaf strategiyası bu gün də yaşayır və cənab  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf erasına qədəm qoyur.
Balakən rayon Mədəniyyət və turizm şöbəsi ulu öndər Heydər Əliyevin 90 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə əlaqadar tədbirlər planı tutmuş və mədəni-maarif müəssisələrini tanış etmişdir.
Bütün mədəni-maarif müəssisələrində “Heydər Əliyev milyonların sevgi ünvanı”, “Azərbaycanın sönməz günəşi”, “Dahilər dahisi çağrılır adın”, “Heydər Əliyev və Azərbaycan tarixi”, “Heydər Əliyev dünyanın gözü ilə” başlığı altında sərgilər təşkil edilmişdir.
Ulu öndər Heydər Əliyevə həsr edilmiş kitabların təqdimat mərasimləri, kitab icmalları təşkil edilir, dünyanın görkəmli siyasətçiləri, elm və mədəniyyət xadimlərinin Heydər Əliyev barədə söylədiyi fikirlər haqqında metodiki vəsait hazırlanmış, ümummilli liderin həyat və yaradıcılığını əks etdirən filimlərin nümayişi davam etdilir.
Mədəniyyət müəssisələrində “Heydər Əliyevin parlaq zəkası”, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”, “Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarı”, “Heydər Əliyevin mədəni irsimizin qorunmasında rolu” mövzularında dəyirmi masalar keçirilir.
Mədəniyyət və turizm şöbəsi tərəfindən tutulan qrafik əsasında aprel ayının 9-dan başlayaraq kənd mədəniyyət evləri və klublarında Heydər Əliyevin 90 illiyinə həsr edilmiş davamlı konsert proqramları təşkil edilir.
May ayının 1-də “Heydər işığında” musiqi festivalı, may ayının 3-də Mədəniyyət və turizm Nazirliyinin xətti ilə rayonda Bakı incəsənət ustalarının konserti, may ayının 10-da isə ulu öndərin 90 illiyinə həsr olunmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Gül bayramı” və “Zirvə” adlı ədəbi-bədii kompozisiya və konsert proqramı yüksək səviyyədə təşkil olunacaqdır.

Aprelin 10-da rayon Təhsil Şöbəsinin  xətti ilə Heydər Əliyev adına mərkəzdə “Nə qədər ki,müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır”mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransda 250 nəfərdən çox ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, məktəb psixoloqları,təşkilatçı  müavin və uşaq birliyi rəhbərləri iştirak etmişlər.
Konfransı giriş sözü ilə RTŞ-ın Metodiki Mərkəzinin direktoru Məyrəm Qarayeva açmışdır. Məruzədən əvvəl Ulu öndərin  xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Məruzə ilə RTŞ-ın metodisti Mahi Əliyeva çıxış etmişdir.
Məruzə ətrafında Akademik Z.Əliyeva adına şəhər 3 saylı tam orta məktəbin direktoru Cəlil Abdullayev, Yeni Şərif kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimi Zeynəb Mahmudova, Humanitar və texniki təmayüllü liseyin X sinif şagirdi Könül Rüstəmova, Qazma 1 saylı tam orta məktəbin IX sinif şagirdi Arzu Həsənova, Katex kənd 1 saylı tam orta məktəbin X sinif şagirdi Sadıq Qayxanov, Nizami adına şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi  aprel ayının 6-da Bakı şəhərində “Ulu öndər Heydər Əliyev nəsillərə nümunə olan dahi şəxsiyyətdir” mövzusunda keçirilən inşa müsabiqəsində II yerə layiq görülmüş Aysel Məmmədova  çıxış etmişlər.
Tədbir iştirakçıları 3 saylı uşaq bağçasının körpələrinin ifasında Ulu öndərin həyat və yaradıcılığına həsr olunmuş kompozisiyaya  və sənədli filmə tamaşa etmişlər.
Yekunda Ulu öndərin Heydər Əliyev parkının ərazisində qoyulmuş möhtəşəm  abidəsi ziyarət  olunmaqla parkda gəzinti təşkil edilmişdir.
Eyni zamanda Gənclər və İdman İdarəsi tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini qeyd etmək məqsədilə məktəblilər arsında atletika üzrə rayon turniri keçirilmişdir. 100, 200, 400, 800, 1500 metr məsafəyə qaçışda qaliblər müəyyənləşdirilmiş və İdarənin diplomları ilə təltif olunmuşlar.
Ümummilli lider Heydər Əliyevin 90illik yubileyini qeyd etmək məqsədilə rayon Gənclər və İdman İdarəsi aprel ayında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa yazı müsabiqəsi keçirmişdir. Gənclərin və yeniyetmələrin yazdığı inşalar qiymətləndirilmiş, qaliblər müəyyənləşdirilmiş və sonda diplomlarla təltif olunmuşlar.
Bunlardan başqa Gənclər və İdman İdarəsinin Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini qeyd etmək məqsədilə tutduğu tədbirlər planına əsasən 7 may 2013-cü ildə “Heydər Əliyev- Zəmanəmizin Lideri” adlı dəyirmi masa, 6-7 may sərbəst güləş üzrə rayon turniri və 10 may tarixində kross üzrə rayon birinciliyi keçiriləcəkdir.

 

Keçidlər