Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir.

02 avqust 2019 | 16:00

   Cari təsərrüfat ilində Balakən rayonunun təsərrüfatlarında 450 hektar sahədə tütün bitkisi əkilib. Balakənli təsərrüfatçılar cari mövsümdə 346 hektar sahədə “Virciniya” növ, 19 hektarda “Berley” növlü ətirli, 85 hektar sahədə isə yerli tütün sortları yetişdirirlər. Sahələrdə tütün yığımı gündən-günə sürətlənir. Yığılan virciniya növ tütünün yaşıl kütləsi qurudulmaq üçün sahələrdən birbaşa “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin Balakən rayonunda istifadəyə verdiyi qurutma məntəqəsinə gətirilir. Tütünün bu cür təhvil verilməsi azəməktutumlu olduğuna görə təsərrüfatçıların işini rahatlaşdırmışdır. Eyni zamanda balakənli zəhmətkeşlər tədarük etdikləri yaşıl tütünü uzaq məsafə qət etmədən məhsulu daha keyfiyyətli və tez rayon ərazisində fəaliyyət göstərən məntəqəyə təhvil verirlər. Mövsüm başladıqdan sonra təsərrüfatçılar tərəfindən “Azərtütün ASK” MMC-yə 340 tonadək yaşıl tütün təhvil verilmişdir.

   Həmçinin rayonun ənənəvi sahələrindən olan tütünün qədim növlərindən olan yerli tütün növlərinin sahələrdən yığılaraq, ipə düzülərək qurudulmuş halda “Azəri Korporasiyasına” və “İlham M” MMC tədarük məntəqələrinə quru halda verilməsinə də başlanmışdır.

   “Tütünçüyev”lər soyadlı nəsillərin olduğu Balakən rayonunda son üç ildə bu ixrac yönümlü sahənin yenidən inkişafı Balakənli təsərrüfatçılarda sevinc hissi oyatmışdır. Digər sahələrdə olduğu kimi, bu sahədə də qabaqcıl təsərrüfatçlar vardır. Bunlardan Mahamalar kənd sakini Dadayeva Ayparə-15 ton yaş, 31 ton quru tütün, Talalar kənd sakini Cumayev İmran-49 ton yaş tütün, Qazma kənd sakini Əzizov Rəşad 23 ton yaş tütün tədarük edərək qəbul məntəqəsinə təhvil vermişlər. Hazırda təsərrüfatçlar tərəfindən tütün tədarükü və təhvili işləri davam edir.

   Xüsusilə qeyd etmək lazımdır tütünçülüyün inkişafı həmçinin əhalinin məşğulluğuna da öz müsbət təsirini göstərmişdir. Artıq hər bir kəndli anlayır ki, torpaqdan səmərəli istifadə etməklə öz məşğulluğunu təmin edə bilər. Rayonda cari mövsümdə 1125 nəfər əhalinin məşğulluğu təmin edilmişdir.

   Bütün bu görülmüş işlərlə bərabər təsərrüfatçları ən çox narahat edən problemlərdən biri əkin sahələrini müasir suvarma sistemləri tətbiq etməklə suvara bilməmələri və tütünün növünə görə qiymətlərin aşağı (hazırda yaşıl tütünün bir kiloqramının satış qiyməti birinci növ üçün 25, ikinci növ üçün 17, üçüncü növ üçün isə 10 qəpikdir) olmasıdır.                                       

Keçidlər